Messi Ronaldinyo üçün vəkil tutdu - 4 milyon avro ödəyəcək

Messi Ronaldinyo üçün vəkil tutdu - 4 milyon avro ödəyəcək
  • İdman

  • "Barselona"nın futbolçusu Lionel Messi hazırda həbsdə olan, sabiq komanda yoldaşı Ronaldinyoya kömək etmək qərarı verib.

    Asiya.az
    xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu Braziliya millisinin sabiq üzvü və qardaşının həbsdən çıxarılması üçün vəkil tutub.

    Messinin Ronaldinyonun zaminə buraxılmasına görə 4 milyon avro ödəməyəcəyi bildirilir.

    Məlumata görə, Messi çox şey öyrəndiyi ustadının bütün borclarını da ödəyəcək. Ronaldinyo üçün tutulmuş vəkil bu gündən işə başlayıb. Sambaçının ən azından zaminə buraxılacağı gözlənilir.

    Xatırladaq ki, Ronaldinyo və qardaşı Paraqvayda saxta pasport təqdim edərkən saxlanılıblar. Paraqvay məhkəməsı saxta sənədlərin düzəldilməsində ittiham olunan sabiq futbolçu barədə 6 aylıq həbs qərarı verib. Ronaldinyo hazırda Paraqvayda həbsdədir.
    PAYLAŞ:

    Oxşar xəbərlər