"Yuventus" Ronaldonu 39 yaşınadək komandada saxlamaq istəyir

"Yuventus" Ronaldonu 39 yaşınadək komandada saxlamaq istəyir
  • İdman

  • İtaliyanın "Yuventus" klubu futbolçusu Kriştianu Ronaldu ilə müqaviləni uzatmaq niyyətindədir.

    Asiya.az
    xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı hücumçu ilə 2024-cü ilin yayınadək anlaşma əldə etmək istəyir.

    Beləliklə, sözləşmə baş tutsa, Ronaldu 39 yaşınadək "ağ-qara" formanı geyinəcək. Hələlik klubun 35 yaşlı forvarda hansı şərtləri təklif edəcəyi bilinmir. Hazırda təcrübəli oyunçunun illik əmək haqqı 31 milyon avrodur.

    Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"a 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən 117 milyon avroya keçib. O, cari mövsümdə A Seriyasında 22 oyuna 21 qol (7-si penaltidən) vurub və 3 məhsuldar ötürmə verib. Ronaldunun klubla hazırkı müqaviləsi 2022-ci ilin yayınadək qüvvədədir. (Report.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər