Futbolun üç ünlü ismində koronavirus aşkarlandı

Futbolun üç ünlü ismində koronavirus aşkarlandı
  • İdman

  • İngiltərənin "Mançester Yunayted" futbol klubunun keçmiş yarımmüdafiəçisi Maruan Fellaininin koronavirus testi müsbət çıxıb.

    Asiya.az
    xəbər verir ki, bu haqda "Sina Sports” portalı məlumat yayıb.

    2019-cu ilin yayından Çinin "Şandun Lunen” klubunda top qovan 32 yaşlı yarımmüdafiəçidə koronavirus infeksiyası aşkarlanıb. Şənbə günü Çinə qayıdan futbolçu COVID-19 üçün testdən keçib və karantinə alınıb. O, Çin Super Liqasında koronavirusa yoluxan ilk futbolçu olub.

    Qeyd edək ki, bundan əvvəl yeddiqat İtaliya çempionu Paolo Maldininin yeni növ koronavirusa yoluxduğu bildirilib. Bu barədə Maldininin texniki direktor vəzifəsini icra etdiyi "Milan" futbol klubunun mətbuat xidmətindən bildiriblər.

    Onun 18 yaşlı oğlu, "Milan" futbolçusu Daniel Maldinidə də koronavirus aşkarlanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər