Masallıda şəhid adına küçə bərbad vəziyyətdədir – VİDEO/FOTOLAR

Masallıda şəhid adına küçə bərbad vəziyyətdədir – VİDEO/FOTOLAR
  • Sosial / Araşdırma / Asiya TV

  • Masallı şəhərində mərkəzi küçələrin biri Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Rafael Abbasovun adını daşıyır.

    Asiya.az
    -a müraciət edən şəhər sakinləri deyir ki, həmin küçə Masallı şəhərinin mərkəzi küçələrindən biri olmasına baxmayaraq uzun illərdir ki, təmir edilmir. Bununla bağlı sakinlər dəfələrlə Rayon İcra Hakimiyyətinə, Şəhər Bələdiyyəsinə müraciət etsələr də heç bir müsbət cavab əldə etməyiblər.

    Şəhid Rafael Abbasovun qardaşı Zaur Abbasov deyir ki, qardaşının adı yazılmış lövhəcik 2-3 əvvəl Masallı Rayon İcra Hakimiyyəti tərəfindən təmir adı ilə aparılsa da hələdə gətirib yerinə bərkidilməyib. İstəyimiz odur ki, şəhid adına olan küçəmiz onun adına layiqli olsun.

    Şəhər sakinləri Asiya.az-a bildiriblər ki, əgər yaxın vaxtlarda Şəhid Rafael Abbasov küçəsi təmir edilməzsə bununla bağlı Birinci Vitse-prezident Mehriban Əliyevanın qəbuluna gedib Rayon rəhbərliyindən, Şəhər Bələdiyyəsindən ona şikayət edəcəylər. Çünki edilən müraciətlər qulaq ardına vurulur, heç bir məsələ öz həllini tapmır.
    Asiya.az

    Masallıda şəhid adına küçə bərbad vəziyyətdədir – VİDEO/FOTOLAR
    Masallıda şəhid adına küçə bərbad vəziyyətdədir – VİDEO/FOTOLAR
    Masallıda şəhid adına küçə bərbad vəziyyətdədir – VİDEO/FOTOLAR
    Masallıda şəhid adına küçə bərbad vəziyyətdədir – VİDEO/FOTOLAR
    Masallıda şəhid adına küçə bərbad vəziyyətdədir – VİDEO/FOTOLAR
    Masallıda şəhid adına küçə bərbad vəziyyətdədir – VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər