Tağı Əhmədov Akif Çovdarovla anlaşıb

Tağı Əhmədov Akif Çovdarovla anlaşıb
  • Cəmiyyət / Manşet

  • Əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq generalı Akif Çovdarovla Tağı Əhmədovun anlaşması haqda xəbərlər var.

    İddia olunur ki, Tağı Əhmədov Akif Çovdarovla sonuncu həbsdə olarkən anlaşıb. Razılaşma mövzusu isə Tağı Əhmədovun 44 illik əmək haqqısı ilə bağlı olub.

    Bu mövzu Akif Çovdarovun həbsindən sonra gündəmə gəlmişdi. Məlum olmuşdu ki, Akif Çovdarovun həbsindən sonra ona qarşı iddia qaldıranlar sırasına Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov da qoşulub. O dövrdə bu haqda məlumat mətbuat səhifələrinə çıxandan sonra Tağı Əhmədov əvvəlcə təkzib mövqeyində dayandı. Sonradan isə Sabunçu Məhkəməsinin önündə jurnalistlərin diqqətindən yayına bilmədi. Dəqiqləşdi ki, Tağı Əhmədov Bakı Hərbi Məhkəməsinə müraciət edərək ləğv edilmiş MTN-nin generalı Akif Çovdarova qarşı mülki iddia qaldırıb. Tağı Əhmədov 2014-cü ildə Akif Çovdarovun hədə-qorxu gələrək ondan aldığı 3 milyon manat aldığını yazıb.

    Tağı Əhmədov məhkəmə dövründə bir neçə dəfə mülki iddiasından danışdı, 3 milyon manatın həbsdəki generaldan tutularaq geri qaytarılmasını istədiyini dedi. Akif Çovdarova verdiyini iddia etdiyi pulların mənbəyi də təbii ki, Tağı Əhmədovdan xəbər almışdılar. O, ibtidai istintaqa ifadəsində həmin 3 milyonun “44 illik əmək haqqı” olduğunu demişdi. İstintaqçıların Tağı Əhmədova inanıb-inanmaması məsələnin başqa tərəfidir...
    Akif Çovdarov və digərilərinin işi üzrə məhkəmə prosesində Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin sədri Tağı Əhmədov bir neçə dəfə ayaq döymüşdü. Amma sonda onun mülki iddiası baxılmamış saxlanılmışdı. Akif Çovdarovun azad edilməsindən sonra belə iddialar yayılıb ki, hələ məhkəmə istintaqı dövründə Tağı Əhmədov Akif Çovdarovla anlaşıb və tələb etdiyi məbləğin qeyri-rəsmi ödənməsinə razılıq verib. Buna görə də məhkəmə onun mülki iddiasını baxılmamış saxladıqdan sonra Tağı Əhmədovun “44 illik əmək haqqı” məsələsinə qayıtmayıb.

    Yayılan iddiaların nə dərəcədə doğru olub-olmadığına aydınlıq gətirmək üçün Tağı Əhmədovla əlaqə saxladıq. YAP sədri yayılan iddialara münasibət bildirməkdən yayındı. Bununla belə Tağı Əhmədovu dinləməyə hazırıq.

    Xatırladaq ki, Tağı Əhmədov Akif Çovdarovun cinayət işində zərərçəkmiş qismində tanınmışdı. /Musavat.com
    PAYLAŞ:

    Oxşar xəbərlər