Qənirə Paşayeva cəmiyyətə çağırış etdi

Qənirə Paşayeva cəmiyyətə çağırış etdi
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət komitəsi Mədəniyyət Nazirliyinin və Kreativ Azərbaycan Portalının (www.creative.az) “Sənətə dəstək ol” adlı təşəbbüsünə dəstək verib və cəmiyyətə çağırış edib.

    Asiya.az
    xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bununla bağlı sosial media hesablarından çağırış edib: “Hörmətli izləyicilər, sizi Milli Məclisin Mədəniyyət Komitəsi olaraq dəstəyə çağırırıq!

    Sizi də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Kreativ Azərbaycan Portalının (www.creative.az) “Sənətə dəstək ol” adlı gözəl təşəbbüsünə qoşulmağa dəvət edirik!

    Təşəbbüs çərçivəsində koronavirusla bağlı çətin maddi vəziyyətə düşən yaradıcı insanların əl işlərini, rəsmlərini alaraq, onlara dəstək olmaq imkanı əldə edəcəksiniz. Alınan əsərlər Sizə “Azəri Ekspress” şirkətinin dəstəyi ilə çatdırılacaqdır. Əsərləri alanlara həmçinin virusla bağlı məhdudiyyətlər müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən xüsusi təşəkkür diplomu da təqdim olunacaqdır.

    Əsərlər satış üçün “Kreativ Azərbaycan” Facebook səhifəsində yerləşdiriləcəkdir. Bu təşəbbüsə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi də böyük məmnuniyyətlə qoşulur.

    Ətraflı məlumat üçün: https://m.facebook.com/story.php?story_fbid=154085439407875&id=100378698111883

    #SənətəDəstəkOl #YaradiciligiYashat #CreativeAz #SayNoToCovid”
    PAYLAŞ:

    Oxşar xəbərlər