Böyük siyahı hazırlanır – Hər birimizə təsir göstərəcək qərar veriləcək

Böyük siyahı hazırlanır – Hər birimizə təsir göstərəcək qərar veriləcək
  • İqtisadiyyat / Manşet

  • Ekspert: "Yaxın zamanlarda Nazirlər Kabinetinin ərzaq və tibbi ehtiyaclarla bağlı idxalı ƏDV-dən azad ediləcək məhsulların siyahını təsdiqləməsi gözlənilir"

    Azərbaycanda əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi nəzərdə tutulur.

    Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin aprelin 4-də təsdiqlədiyi "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nda əksini tapıb.

    Eyni zamanda Tədbirlər Planında əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların da idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
    Bəs, bəzi məhsulların ƏDV-dən azad edilməsi bazarda qiymətlərin ucuzlaşmasına gətirib çıxardacaqmı və əsasən hansı məhsullar ƏDV-dən azad edilməlidir?

    O bildirib ki, eyni zamanda kərə yağının, bəzi süd və ət məhsullarının da idxal zamanı ƏDV-dən azad edilməsi daha yaxşı olar: "Bəzi məhsulların ƏDV-dən azad edilməsi ümumilikdə ölkədə qiymətlərə təsir edə bilər. Yəni 18 faiz azalma olsa, bu, ən azından qiymət artımının qarşısını ala biləcək addıma çevrilə bilər. Tez bir zamanda qiymətlərin ucuzlaşacağını düşünmürəm, amma bu, ən azından qiymət artımının qarşısını ala biləcək. Bu addım ölkəyə mal gətirmək istəyən şirkətlərin və fiziki şəxslərin sayının artmasına səbəb olacaq. Bunun da bazarda müəyyən tarazlığın yaranmasına kifayət qədər müsbət təsiri ola bilər".

    Bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının ƏDV-dən azad edilməsinə gəlincə ekspert deyib ki, bizdə bəzi məhsulların istehsalı ilə bağlı xammal xaricdən gətirilir: "Məsələn, bir sıra çay istehsalı üçün xammal xaricdən alınır və ölkədə qablaşdırılır. Yəni əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul istehsalı ilə bağlı xammalın idxalı ƏDV-dən azad ediləcək. Bu addımla bəzi məhsul növləri üzrə 5-10 faiz ucuzlaşma ola bilər. Ölkəyə gətirilən məhsulların həcmində artım müşahidə edilsə, yaxın gələcəkdə belə ucuzlaşmanı görə bilərik".

    Tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalından da danışan ekspert bildirib ki, ilk növbədə tibbi avadanlıqlar ƏDV-dən azad ediləcək: "Dezinfeksiya məhlullarının özü və yaxud xammalı və s. ƏDV-dən azad ediləcək. Amma dərmanların hamısını əhatə edəcəyini düşünmürəm. Lakin ən azı karantin dövründə bu addım bütün dərman məmulatlarına şamil edilsə, yaxşı olar. Əgər belə olsa, dərmanların qiymətində ucuzlaşmanı görəcəyik".

    "Ola bilər ƏDV-dən azad edilmə, ümumiyyətlə vergi güzəştləri bu ilin sonunadək uzadılsın. İqtisadiyyatda yenidən canlanmanın yaranması vaxt aparacaq və bu zaman müddətində də bəzi güzəştlərin qüvvədə olması daha yaxşı olar", – deyə ekspert əlavə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər