Dünya futbolunda transfer rekordu qırıla bilər

Dünya futbolunda transfer rekordu qırıla bilər
  • İdman

  • Dünya futbolunda yeni transfer rekordu müəyyənləşə bilər.

    Asiya.az
    xəbər verir ki, "Tottenhem" Harri Keyni "Mançester Yunayted"ə 200 milyon funt-sterlinqə sata bilər. Bu isə 227,8 milyon avro (423,8 milyon manat) edir.

    "Daily Mail"in məlumatına görə, London klubunun sahibi Daniel Levi 26 yaşlı forvardı ağır maliyyə durumuna görə satmağa hazırdı. Dünya futbolunda koronavirus pandemiyasına görə yaranmış fasilə "Tottenhem"ə də mənfi təsir edib. Bundan başqa klubun yeni stadion tikintisinə görə ödənişləri də var.

    Bu transfer baş tutsa, transfer rekordu olacaq. Hazırda rekord Neymara məxsusdu. Braziliyalı "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər