Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlandı - SİYAHI

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlandı - SİYAHI
  • Sosial

  • Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

    Asiya.az
    xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən "Report”un sorğusuna cavab olaraq bildirilib.

    Qeyd olunub ki, 2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 11 687, fevral ayında 11 373, mart ayında isə 6 321 doğum dövlət qeydiyyatına alınıb.

    "2020-ci ildə yeni doğulmuş körpələrdən oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunarİbrahim, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin, Fatimə, Mələk, Dəniz, AyanMədinə kimi adların verilməsi üstünlük təşkil edir. Hazırda ilk beşlikdə oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, ÖmərUğur, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, AylinFatimə kimi adların verilməsi yer alır”, - məlumatda bildirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər