Ramzan Kadırov yenə də jurnalistləri ölümlə təhdid etdi

Ramzan Kadırov yenə də jurnalistləri ölümlə təhdid etdi
  • Dünya

  • Çeçenistan rəhbəri Ramzan Kadırov özünün teleqram-kanalında, habelə instagram hesabında Rusiyanın müxalifyönümlü “Novaya qazeta” qəzeti və onun əməkdaşı Yelena Milaşina haqqında kəskin ifadələr işlədib.

    Buna əsas Yelena Milaşinanın onun respublikada koronavirusla bağlı fəaliyyətini tənqid etməsi olub. Rusiyalı jurnalist Çeçenistanda infeksiyaya yoluxan insanların təqib edildiyini, insanların buna görə qorxudan öz xəstəliklərini gizlədərək evlərində ölməyi üstün tutduqlarını yazıb.

    Bundan başqa, yazıda R.Kadırovun koronaviruslu xəstələri terrorçularla bərabər tutaraq onlara qarşı müvafiq metodlarla mübariz aparılması barədə çağırışlar etdiyi bildirilib.

    Ramzan Kadırov “Novaya qazeta”nı “açıq iftira və böhtan atmaqda”, “Qərbin xüsusi xidmət orqanlarına işləməkdə” ittiham edib. Bundan başqa, o , Federal Təhlükəsizlik Xidmətini və qəzetin sponsoru olaraq gördüyü “Qazprom” şirkətini bunlarla haqq-hesab çürütməyə çağırıb. Həmçinin o, Yelena Milaşinanın fiziki cəhətdən aradan götürüləcəyinə işarə vurub.

    “Əgər siz istəyirsinizsə biz cinayət törədək və cinayətkar olaq, bunu söyləyin. Bir nəfər üzərinə belə bir məsuliyyət götürə və cəzasını çəkə bilər. O, həbsxanada qalacaq və çıxacaq!”,-deyə Ramzan Kadırov yazıb.

    “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov “znak.com” saytına verdiyi müsahibədə çeçen liderin öz mövqeyini qəzetə göndərdiyi təqdirdə onu çap edə biləcəklərini deyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər