16-04-2020, 10:41
1 939
Mədəniyyət
Xalq artisti Rafiq Əliyev vəfat edib.
Asiya.az xəbər verir ki, bu barədə APA-ya həyat yoldaşı aktrisa Şəfəq Əliyeva məlumat verib.
O, uzun sürən xəstəlikdən sonra dünən gecə saatlarında vəfat edib.
Aktyorla vida mərasimi evində olacaq.
Rafiq Əliyev Maştağa qəsəbəsində anasının yanında dəfn ediləcək.