Daşkəsəndə koronavirusla bağlı dövlətin zəruri bildiyi bütün tədbirlərə uyğun addımlar atılır

Daşkəsəndə koronavirusla bağlı dövlətin zəruri bildiyi bütün tədbirlərə uyğun addımlar atılır
  • Sosial

  • Ölkənin bütün ərazi və bölgələrində olduğu kimi koronavirusla mübarizənin davam etdiyi müddətdə Prezident cənab İlham Əliyevin insanlara yardım etmək çağırışlarına qoşularaq Daşkəsən Rayon İcra Hakimiyyəti aztəminatlı işsiz ailələrə, ahıl sakinlərə, günəmuzd işləyən insanlara yardım edir, vətəndaşlara evlərdə sosial-məişət xidməti göstərilir.

    Asiya.az
    xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən 100-lərlə aztəminatlı, maddi yardıma ehtiyacı olan ailələri, rayonda əsasən yaşı 65-dən yuxarı olan ahıl sakinlər nəzarətə götürülür, diqqətdə saxlanılır, onlar qayğı ilə əhatə olunurlar.

    Möhtərəm Prezident cənab İlham Əliyevin humanist siyasətinə, atdığı addımlara və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsəndə birlik və həmrəyliyə çağıran müxtəlif sosial kampaniyalar təşkil edilir, insanlara dəstək olunur.

    Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən YAP-ın fəal üzvləri, hüquq-mühafizə, xüsusən də rayon polis şöbəsinin yaxından köməkliyi ilə karantin rejiminin tələblərinə, koronavirusla bağlı dövlətin zəruri bildiyi bütün tədbirlərə uyğun addımlar atılır.

    Daşkəsəndə koronavirusla bağlı dövlətin zəruri bildiyi bütün tədbirlərə uyğun addımlar atılır
    PAYLAŞ:

    Oxşar xəbərlər