Qələbənin 75 illiyi iə bağlı medalın adı dəyişmədi

Qələbənin 75 illiyi iə bağlı medalın adı dəyişmədi
  • Cəmiyyət

  • Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarıldı.

    Dəyişikliyə görə, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təsis olunacaq.

    Layihə barədə çıxış edən Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli dedi ki, əvvəlki müzakirələrdə medalın adı ilə bağlı təkliflər səslənib. Xatırlatdı ki, yubiley medalının İkinci Dünya Müharibəsində Qələbənin 75 illiyi adlandırılması barədə fikirlər olub. Ə.Hüseynli qeyd etdi ki, təkliflər qanunverici təşəbbüsü ilə çıxış edən quruma ünvanlanıb, lakin əvvəlki variant saxlanılıb.

    Deputat Sabir Rüstəmxanlı təkidlə söz alaraq fikirlərini çatdırdı.

    Sənədə təklif edilən dəyişiklik müzakirələrdən sonra III oxunuşda qəbul edildi.
    PAYLAŞ:

    Oxşar xəbərlər