Ramazan ayının 7-ci günü: imsak, iftar vaxtı və dua

Ramazan ayının 7-ci günü: imsak, iftar vaxtı və dua
  • Cəmiyyət

  • Bu gün mübarək Ramazan ayının 7-ci günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin təqviminə görə, mayın 1-d imsak vaxtı saat 04:00-dək, iftar vaxtı isə 19:51-dədir.

    7-ci günün duası: “İlahi, mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər etməkdə kömək ol! Belə bir gündə məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır! Məni Öz köməyinlə Səni daim yad etməyə müvəffəq et! Ey, yolunu azmışlara Yol Göstərən!”

    İftar duası: “Allahım, Sənin rizan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinlə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, orucumu qəbul et, günahlarımı bağışla”.

    Allah orucunuzu qəbul etsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər