Gədəbəy İcra başçısının danladığı şöbə müdiri dünyasını dəyişdi

Gədəbəy İcra başçısının danladığı şöbə müdiri dünyasını dəyişdi
  • Araşdırma / Cəmiyyət

  • Gədəbəy rayon İcra Hakimiyyətini sənədlərlə iş şöbəsinin müdiri Rakif Həsənov dünən qəflətən ürək tutmasından vəfat edib.

    Asiya.az
    xəbər verir ki, bu barədə "Güzgü" səhifəsi məlumat yayıb.
    Həmin məlumatda deyilir ki, özünü pis hiss edərək xəstəxanaya gəlmiş mərhum şöbə müdirinib vəziyyəti daha da pisləşib və həyatla vidalaşıb.

    Xəbərdə iddia edilir ki, hadisədən bir neçə gün əvvəl Rakif Həsənov icra başçısı tərəfindən təhqiramız formada danlanıb.

    "Bu zaman onun halı kəskin pisləşır və xəstəxanaya aparılır. Xəstəxanada ilkin tibbi yardım alır və evə buraxılır. Xəstəxanadan etibarlı mənbə isə deyilənləri təsdiqləyərək bildirib ki, həqiqətən R.Həsənov bir neçə gün əvvəl İcra Hakimiyyətinin işçiləri tərəfindən xəstəxanaya gətirilib və həmin vaxt onda infaktın əlamətləri olub. Lakin Gədəbəy xəstəxanasının bərbad vəziyyətdə olması və karantinlə bağlı məhdudiyyətlər ona xəstəxana şəraitində müalicə almağa imkan verməyib".


    Mənbə qeyd edir ki, icra başçısı R.Həsənovu bu vəzifəyə mərhumun imkanları və əlaqələrı geniş olan bir qohumunun təkidli xahişi ilə könülsüz təyin edib və hər fürsətdə onu gözümçıxdıya salıb.

    Xatırladaq ki, məmur ölümləri Gədəbəydə ilk deyil. Belə ki, icra başçısı İbrahim Mustafayevin dövründə bu hal artıq 3 çü dəfədir baş verır. Həmin hadisələrdə biru ötən ilin aprelində Qaradağ kəndinin icra nümayəndəsi Cahangir Qasımovun İcra Hakimiyyətinin binasında dünyasını dəyişməsidir. Digəri isə ötən ilin sonunda baş verib və Söyüdlü kəndinin icra nümayəndəsi Asif İsgəndərov başçının qəbulundan çıxıb, evə gəldikdən sonra huşunu itirərək, xəstəxanaya aparılıb.

    Onu da qeyd edək ki, hər iki şəxsin icra başçısı tərəfindən qəbul edildiyi və hədələndiyi onların özləri və yaxınları tərəfindən təsdiqlənib.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər