İnvaziv uşaq kardioloqu Masallıda qəbul keçirdi - VİDEO/FOTOLAR

İnvaziv uşaq kardioloqu Masallıda qəbul keçirdi - VİDEO/FOTOLAR
  • Sosial / Manşet

  • Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik klinikasının Uşaq Kordiologiya şöbəsinin müdiri, Tibb üzrə fəlsəfə doktoru Elnur İmanov Masallı rayonunda növbəti qəbulunu keçirib.

    Asiya.az
    xəbər verir ki, Masallı rayonunda yerləşən “TUVA” Tibb Mərkəzində baş tutan qəbul zamanı müxtəlif anadangəlmə və qazanılmış ürək qüsuru xəstələrinin eləcə də hamilələrdə bətndaxili ürək qüsurlarının exokardioqrafik müayinəsi aparılıb.

    Müayinələr zamanı iki körpədə anadangəlmə ürək qusuru aşkar edildiyi üçün onların cərrahi əməliyyatı planlaşdırılıb.

    Tanınmış İnvaziv uşaq kardioloqu Elnur İmanov Asiya.az-a açıqlama verərkən bildirib ki, “Hamilələrə heç olmasa bir dəfə Fetal exokardioqrafik müayinədən keçmələrini tövsiyə edirəm. Onlarda bətndaxili ürək qüsurları aşkar edilərsə gecikdirmədən müalicə etmək olar. Belə olduqda, sonra cərrahi əməliyyatlara da ehtiyac olmur”.


    İnvaziv uşaq kardioloqu Masallıda qəbul keçirdi - VİDEO/FOTOLAR
    İnvaziv uşaq kardioloqu Masallıda qəbul keçirdi - VİDEO/FOTOLAR
    İnvaziv uşaq kardioloqu Masallıda qəbul keçirdi - VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər