Daha bir başçının şok sərvəti... - SİYAHI

Daha bir başçının şok sərvəti... - SİYAHI
  • Araşdırma / İqtisadiyyat

  • 13 ildir Zaqatalanın icra başçısı vəzifəsini tutan Mübariz Əhmədzadənin və ailə üzvlərinin varidatının siyahısı yayılıb.

    Asiya.az
    xəbər verir ki, Azərbaycanda oliqarxa çevrilmiş icra başçıları və digər vəzifəli məmurların var dövlətləri ilə bağlı məlumatlar yayılmaqda davam edir. Belə məmurlardan biridə Zaqatala icra başçısı Mübariz Əhmədzadədir. Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadənin qardaşı olan Mübariz Əhmədzadə 10 ildir Zaqatala icra başçısı işləyir.

    Sosial şəbəkədə Zaqatala icra başçısının və ailə üzvülərinin varidatının siyahısı yayılıb.


    MƏNZİLLƏR:

    ▪️Qax rayonu, İlisu kəndində dəbdəbəli villa
    ▪️Zaqatalada 1 hektarlıq sahədə, 5 milyon manatlıq villa
    ▪️Londonda "69-70 Princes GateKnightsbridge, SW7 2PA" ünvanında 6-7-8 mərtəbəsinə sahib malikanə.
    ▪️Kiprdə dəbdəbəli malinakə
    ▪️Bakıda, Yasamal, Zahid Xəlilov küç. ev 68, mənzil 88
    ▪️Bakı, Binəqədi rayonu, S,S, Axundov küç, ev 1/2 ünvanda mənzil
    ▪️Qax, M.F. Axundov küç, ev 15 ünvanında mənzil
    ▪️Zaqatala, Car küç. ev 3A ünvanda mənzil

    HOTELLƏR və RESTORANLAR


    1. Qaxda “El Resort” otel kompleksi
    2. Qax, İlisu kəndində "Yurd Hotel" istirahət kompleksi
    3. Turistik mərkəz İlisu kəndində “Yaşıl Park” otel kompleksi
    4. “Səngər Qala” otel kompleksi,
    5. “Ulu Dag” oteli,
    6. Qax Fındıq Zavodu
    7.Qax rayon taxıl məhsulları kombinatı
    8. Qax Rayon Avtovağzalı
    9. Qax rayonu, Eden Park Hotel
    10. Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzi
    11.Bakı, Koroğlu Rəhimov küçəsindəki "Növbahar" Restoranı
    12. Bakıda "Zakura Yapon mətbəxi" restoranı

    ŞİRKƏTLƏR:


    - "ULUYURD” şirkətlər qrupu
    - “Advisors CO.” şirkəti
    - “Proyekt”, MMC şirkəti
    - “Çağdaş“ MMC şirkəti
    - “Elit-R1“ MMC şirkəti
    - “Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti
    - "Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti
    - “İlisu Uludağ Turizm və İstirahət Kompleksi”
    - Çexiyada “ALPS s.r.o.” şirkəti
    - İngiltərədə “GYUNEL LİMİTED” şirkəti
    - İngiltərədə “GLOBALLY LTD” adlı daha bir şirkət
    - Türkiyədə "Etiler Dış Ticaret Limited" şirkəti
    - Kipr və Cenevrədə də də şirkətləri və biznesləri mövcuddur.

    QOHUMLUQLAR

    ♦️Oğlu Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini
    ♦️Oğlu Rəşad Əhmədzadə Səbail Rayon polis idarəsinin 8-ci Polis Bölməsinın rəisi
    ♦️Qardaşı Əhməd Əhmədzadə “Su və Melorasiya” ASC nin rəhbəri
    ♦️Xalası oğlu Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı
    ♦️Qardaşı oğlu Vüqar Əhmədzadə - DSMF Qax rayon şöbəsinin müdiri
    ♦️Qardaşı oğlu Tərlan Əhmədzadə Qax Mərkəzi Xəstəxananın baş həkimi
    ♦️Qardaşı oğlu Cuma Əhmədzadə Azərbaycanda və xaricdə xeyli şirkətlərin sahibi
    ♦️Qardaşının qudası Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri

    Bundan əlavə "Əhmədzadələr imperiyası"nın hektarlarla torpaq sahələri, iaşə obyektləri, mağazalar, avtomobillər, mənzillər kafe və restoranları saysız-hesabsızdır.

    Qeyd edək ki, Mübariz Əhmədzadənin və ailə üzvülərinin varidatının siyahısını ilk dəfə bir neçə ay öncə xaricdə yaşayan jurnalist Həbib Müntəzir yaymışdı.//Azfakt.com//
    PAYLAŞ:

    Oxşar xəbərlər