Azərbaycanda ana və qızın öldürüldüyü dəhşətli cinayətin TƏFƏRRÜATI

Azərbaycanda ana və qızın öldürüldüyü dəhşətli cinayətin TƏFƏRRÜATI
  • Hadisə

  • Bərdə rayonunda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

    Asiya.az
    xəbər verir ki, Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə gecə 03:00 radələrində baş verib.

    Toğrul Zeynallı qısqanclıq zəminində anası Zeynalova Nəzirəni yaşadığı evdə qətlə yetirib.

    Bu zaman onun bacısı Zeynalova Əminə hadisəyə şahidlik edib. O, qardaşından qaçmaq istəyən zaman T.Zeynallı onu da öldürüb.

    Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, hazırda rayon prokurorluğunun və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər