Azərbaycanda Qurban bayramının və Məhərrəm ayının başlanacağı tarix bilindi

Azərbaycanda Qurban bayramının və Məhərrəm ayının başlanacağı tarix bilindi
  • Sosial

  • Azərbaycanda Qurban bayramının vaxtı açıqlanıb.

    Asiya.az
    xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev açıqlamasında bildirib ki, Zilhiccə ayının 10-u bu il Qurban bayramıdır:

    "Qurban bayramı bu il iyulun 31-i və avqustun 1-nə təsadüf edəcək.

    Əslində, İslam ölkələrində Qurban bayramı 3 gün qeyd edilir, yəni Zilhiccə ayının 10-u, 11-i və 12-də. Bizdə isə həm Ramazan, həm də Qurban bayramı dövlət səviyyəsində 2 gün bayram edilir”.

    Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı avqust ayının 21-də başlayacaq.

    Aşura Məhərrəm ayının 10-cu gününə, yəni avqustun 30-na təsadüf edəcək.

    Səfər ayı isə 19 sentyabrda başlayacaq, 17 oktyabrda başa çatacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər