Sumqayıtda binada uçqun olub, xəsarət alanlar var - Yenilənib

Sumqayıtda binada uçqun olub, xəsarət alanlar var - Yenilənib
  • Manşet / Olay

  • Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərində yarımçıq tikilidə baş vermiş uçqun hadisəsi barədə məlumat yayıb...

    Asiya.az
    xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikili binada uçqun olması, 1 nəfərin xəsarət alması barədə məlumat daxil olub. Nazirliyin Sumqayıt Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın girişində pilləkən uçub, nəticədə xəsarət alan 1967-ci il təvəllüdlü Cəfərova Gülxanım Ramazan qızı xəstəxanaya yerləşdirilib.

    Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə və digər təxirəsalınmaz işlər nəticəsində binada köməksiz vəziyyətdə qalan 5 nəfər (4-ü azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə edilib, ərazidə təhlükəsizlik təmin olunub.(Report)

    ***


    "Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 12-ci mikrorayonda qeydə alınıb.

    İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Hadisə zamanı dağıntıların altında qalanların olduğu bildirilir.

    Hadisə yerinə xilasedicilər cəlb edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər