Teymur Mustafayev torpağa tapşırıldı

Teymur Mustafayev torpağa tapşırıldı
  • Mədəniyyət

  • Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.

    Asiya.az
    "Report"a istinadən xəbər verir ki, Teymur Mustafayev doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

    Dəfn mərasimində məhdud sayda insan (Xalq artistinin yaxın ailə üzvləri) iştirak edib.

    Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.

    Xatırladaq ki, Xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il dünyasını dəyişib, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər