Sosial şəbəkələrdə B.Bağırzadənin görüntüsü adıyla video yayan şəxs cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə B.Bağırzadənin görüntüsü adıyla video yayan şəxs cəzalandırıldı - RƏSMİ
  • Sosial

  • "Son günlər sosial şəbəkələrdə guya Əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu ilə bağlı bildiririk ki, sözügedən videomaterialda hal-hazırda “Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb".

    Bu sözləri BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.

    O əlavə edib ki, görüntüləri çəkən şəxs barədə araşdırma aparılıb və inzibati cəza tədbiri görülüb:

    "B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir. Əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır".
    PAYLAŞ:

    Oxşar xəbərlər