Cəlil Nəzərova “Əməkdar həkim” adı verildi - FOTO

Cəlil Nəzərova “Əməkdar həkim” adı verildi - FOTO
  • Cəmiyyət

  • Bu gün, 16 iyun - Səhiyyə İşçiləri günü münasibəti ilə dövlət başçısı İlham Əliyev Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup səhiyyə işçisini "Tərəqqi” medalı ilə təltif edilib.

    Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə bir qrup həkimə Azərbaycan Respublikasının "Əməkdar həkim” və "Əməkdar tibb işçisi" fəxri adları verilib.

    Asiya.az xəbər verir ki,“Əməkdar həkim” adı alanlar sırasında Masallı RMX PHŞ-nın direktoru Cəlil Nəzərov da var.

    Cəlil Nəzərov 02 may 1957-cı ildə Masallı rayonu Miyankü kəndində anadan olmuşdur. 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Cərrah-uroloq ixtisasının bitirmiş, ilk fəaliyyətinə 1987-ci ildə Masallı rayon Mərkəzi Xəstəxanasında həkim-uroloq kimi başlamışdır. 2003-cü ildən Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi, 2019-cu ildən Masallı RMX PHŞ-nın baş direktoru, 2020-ci ildən isə Masallı RMX PHŞ-nın direktoru vəzifəsində işləyir.
    Cəlil Nəzərova “Əməkdar həkim” adı verildi - FOTO
    Asiya.az olaraq Cəlil Nəzərovu “Əməkdar həkim” fəxri adını alması münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və işlərində uğurlar arzu edirik.

    PAYLAŞ:

    Oxşar xəbərlər