İlham Əliyev və Mehriban Əliyeva Gəncədə

İlham Əliyev və Mehriban Əliyeva Gəncədə
  • Siyasət / Araşdırma

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfərə gəliblər.

    Asiya.az
    AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar

    ***

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə tanış olublar.

    Asiya.az xəbər verir ki, dövlət başçısına və birinci xanıma binada aparılan tikinti işləri barədə məlumat verilib.

    ***

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərində modul tipli xəstəxananın açılışında iştirak ediblər.

    Asiya.az
    xəbər verir ki, dövlət başçısı və birinci xanım xəstəxanada yaradılan şəraitlə tanış olduqdan sonra bir qrup tibb işçisi ilə görüşüblər.

    Prezident İlham Əliyev görüşdə çıxış edib.

    ***

    Prezident İlham Əliyev Gəncə şəhərində yeni "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Asiya.az
    xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Gəncə şəhərində yeni "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.4-cü yarımbəndində göstərilmiş beş milyon manat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər