Millət vəkili virusun çox yayılmasının səbəbini tapdı, çıxış yolunu göstərdi

Millət vəkili virusun çox yayılmasının səbəbini tapdı, çıxış yolunu göstərdi
  • Siyasət

  • "Çıxış yolu qanunun yerinə yetirilməsinə ciddi nəzarət edilməsi, hətta qanunun sərtləşdirilməsidir".

    Asiya.az
    xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, koronavirusa qarşı mübarizə bu gün bütün bəşəriyyətin gündəliyində duran bir nömrəli məsələdir:

    "Bu problemin həll edilməməsi sivilizasiyanın bütün nailiyyətlərini ciddi təhlükə altına alınmış olur. Bu problemlə Azərbaycanda da ciddi mübarizə aparılır. Məhdudlaşdırıcı tədbirlər sisteminin tətbiqi xəstələrin müalicəyə alınması problemi bütün cəmiyyətə yayılmasının qarşısını alır. Bununla belə, hələ də gündəlik bu xəstəliyə yoluxanların sayı çox yüksəkdir. Karantinə alınan bölgələrin sayı durmadan artır. Bunun səbəblərinin araşdırılması isə məsələnin kökündə heç də hər kəsin karantin rejimi tələblərinə riayət etməməsinin olduğunu göstərir. İcitimai yerlərdə tibbi maska taxılması, sosial məsafənin gözlənilməməsi çox təəsüf ki, çox yayılıb. Hər birimiz hər gün bunun şahidi oluruq".

    Aydın Mirzəzadə qeyd edib ki, ölkəmizdə 15 mindən çox insan bu xəstəliyə yoluxub:

    "Son dövrlərdə tibbi maska taxılmamasına görə cərimlərin tətbiqi hər kəsi ictimai yerdə tibbi maska taxmağa məcbur edə bilmir. Müxtəlif bəhanələr gətilir, ən qəribəsi isə bir çoxlarının üzlərinə deyil, çənələrinə maska taxaraq polis görən kimi maskanı yuxarı qaldırmalarıdır. Bununla kimisə aldatmaq olar, amma koronavirus hiylə tanımır və kiçik bir ehtiyatsıqlıq insanın bu ağır xəstəliyə düçar olmasına gətirib çıxarır. Artıq ölkəmizdə 15 mindən çox insan bu xəstəliyə yoluxub, 200-ə qədər vətəndaşımız bu səbəbdən həyatını itirib. Onların içində tanınmış simalar, o cümlədən hər birimizin yaxın adamları da var".
    Deputat çıxış yolunu qanunun daha da sərtləşdirilməsində gördüyünü deyib:

    "Çıxış yolu isə qanunun yerinə yetirilməsinə ciddi nəzarət edilməsi, hətta qanunun sərtləşdirilməsidir. Cərimə vermək istəməyən isə 30 qəpiklik tibbi maska ilə həm özünü, həm də büdcəsini qoruya bilər. Koronavirusu həyatımızdan yox eləmək hər birimizin vəzifəsidir".
    PAYLAŞ:

    Oxşar xəbərlər