Daşkəsəndə gücləndirilmiş dezinfeksiya işləri aparılır

Daşkəsəndə gücləndirilmiş dezinfeksiya işləri aparılır
  • Sosial

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Daşkəsən rayon İcra hakimiyyəti tərəfindən xüsusi karantin rejimi dövründə rayon ərazisində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində kompleks tədbirlər davam etdirilir.

    Asiya.az
    xəbər verir ki, Daşkəsən rayon İcra hakimiyyətinin birbaşa nəzarəti ilə aidiyyəti qurumlar tərəfindən səhər saatlarından şəhərin əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri həyata keçirilib. Gün ərzində əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, meydanlarda, ticarət obyektlərin qarşısında tibbi-profilaktik işlər aparılıb.

    Dezinfeksiya işləri Daşkəsən şəhərinin mərkəzi küçələri ilə yanaşı, rayonun digər qəsəbə və kəndlərinin küçələrdə də aparılacaq.
    Eyni zamanda mobil qrupların və könüllülərin yaxından dəstəyi ilə xüsusi qrafikə uyğun olaraq yaşayış binalarında, həyət və məhəllələrdə, məişət tullantılarının atıldığı konteynerlər və çalalarda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilib.

    Daşkəsəndə gücləndirilmiş dezinfeksiya işləri aparılır
    Daşkəsəndə gücləndirilmiş dezinfeksiya işləri aparılır
    PAYLAŞ:

    Oxşar xəbərlər