“Türkdilli Dövlətlərin İqtisadçıları” İB layihə qalibi oldu

“Türkdilli Dövlətlərin İqtisadçıları” İB layihə qalibi oldu
  • İqtisadiyyat

  • “Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə elan etdiyi qrant müsabiqəsində “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır” mövzusunda ictimai maarifləndirmə layihəsi ilə qalib olub.

    Asiya.az
    -a bu barədə məlumatı İctimai birliyin sədri İqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva verib.

    Rəsmiyyə Abdullayeva bildirib ki, "Birlik iyul ayının 1-dən etibarən layihənin icrasına başlayıb. Layihənin müddəti 4 aydır. Layihə çərçivəsində 2 vebinarın (ZOOM vasitəsilə) keçirilməsi və “İcbari tibbi sığorta” adlı kitabçanın nəşri nəzərdə tutulur. Vebinarda Azərbayanın bu sahə üzrə tanınmış ekspertləri icbari tibbi sığortanın üstünlükləri, dünya təcrübəsi, Azərbaycanda icbari tibbi sığortanın formalaşması xüsusiyyətləri və s. mövzularda çıxışlar edəcəklər, vebinar iştirakçılarının suallarını cavablandıracaqlar".
    PAYLAŞ:

    Oxşar xəbərlər