Koronavirus əsasən tənəffüs yolları xəstəliyi kimi bilinsə də, bu virusa yoluxan şəxslərin bir çoxu qan laxtalanması səbəbindən dünyasını dəyişir. Statistikaya görə yeni növ koronavirusdan ölüm hallarının 30 faizi qanın laxtalanması nəticəsində baş verir.
Asiya.az bildirir ki, ABŞ-da bununla bağlı araşdırma aparılıb və koronavirusun yaratdığı qan laxtalanmasının səbəbi müəyyənləşdirilib.
Məlum olub ki, koronavirus ağciyərdən başqa orqanların da sıradan çıxmasına gətirib çıxarır. Xüsusən də, qan laxtalanması ürək tutmaya və infarkta səbəb olur və nəticədə xəstə koronavirus səbəbli dünyasını dəyişir.
NTV-nin məlumatına görə, ABŞ-ın Yuta univeristetində Covid-19 testi pozitiv çıxan 82 nəfərin qanı analiz edilib və koronavirusun trombostitlərdəki hiperaktivliyi artırdığı aşkarlanıb.
Yuta universitetinin professoru Robert Campbell və həmkarları mexaniki ventilyator qurğusuna bağlı olan 41 nəfərin qan analizləri ilə sağlam 41 nəfərin qan analizləri müqayisə ediblər. Araşdırma nəticəsində məlum olub ki, SARS-COV-2 virusu trombositlərdə genetik dəyişikliyə səbəb olur.
Qeyd edək ki, Trombositlər - qanda mikro litrdə 200-300.000 nisbətində olur. Trombositlərin təxminən 30%-i dalaqda toplanır. Trombositlərin əsas funksiyası qanın laxtalanması ilə bağlıdır.