"Ərkivan Xeyriyyə Cəmiyyəti" Qurban bayramı aksiyası keçirdi - FOTO

"Ərkivan Xeyriyyə Cəmiyyəti" Qurban bayramı aksiyası keçirdi - FOTO
  • Sosial / Araşdırma

  • Bu gün "Ərkivan Xeyriyyə Cəmiyyəti" müqəddəs Qurban Bayramı münasibəti ilə aksiya keçirib.

    Asiya.az
    xəbər verir ki, toplanan ianələr hesabına Masallı rayon Ərkivan qəsəbəsində qurbanlıq qoç kəsilərək 20 aztəminatlı ailəyə qurban əti paylanılıb.
    Bayram sovqatının paylanılması “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin könüllüləri tərəfindən həyata keçirilib.

    Xatırladaq ki, bu Qurban bayramı ilə əlaqədar “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin keçirdiyi ikinci aksiyadır. İlk aksiya 25 iyul tarixində baş tutmuşdu. Həmin aksiya zamanı 10 aztəminatlı ailəyə Qurban sovqatı paylanılmışdı.
    Qurban bayramınız mübarək olsun!

    "Ərkivan Xeyriyyə Cəmiyyəti" Qurban bayramı aksiyası keçirdi - FOTO
    "Ərkivan Xeyriyyə Cəmiyyəti" Qurban bayramı aksiyası keçirdi - FOTO

    DİQQƏT: "Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin aksiyaları reklam xarakterli olmadığı üçün və etik səbəblərdən yardım verilən aztəminatlı ailələrin FOTO və VİDEO görüntüləri yayımlanmır.


    PAYLAŞ:

    Oxşar xəbərlər