Polislər Kəramət Böyükçölü belə tutdu - VİDEO

Polislər Kəramət Böyükçölü belə tutdu - VİDEO
  • Cəmiyyət / Manşet / Asiya TV

  • Tanınmış gənc yazar Kəramət Böyükçölün öz feysbuk profilində açdığı canlı yayımlar böyük müzakirəyə səbəb olub.

    Asiya.az
    xəbər verir ki, yazıçının canlı yayımlarından sonra, kirayədə qaldığı mənzilin sahibi ondan evi tərk etməyi tələb edib. Yazıçı bu gün açdığı canlı yayımı yarımçıq kəsərək, “Polislər gəldi, içtimailəşdirin”,- yazaraq, paylaşım edib.


    Daxili İşlər Nazirliyi (DİN) gənc yazar Kəramət Böyükçölün saxlanılmasına aydınlıq gətirib.

    Asiya.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, K.Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibi ərazi üzrə polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər:

    "Hətta qonşulardan biri bir dəfə qapını döyərək onları sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb.

    Bu gün ərazi üzrə polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər