"Qarabağ"ın növbəti matçına hakim təyinatları açıqlandı

"Qarabağ"ın növbəti matçına hakim təyinatları açıqlandı
  • İdman

  • "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki matçına hakim təyinatları açıqlanıb.

    Asiya.az
    -ın məlumatına görə, qarşılaşmanın baş hakimi qazaxıstanlı Furkat Atajanov olacaq.

    Ona yan xətt hakimləri Sergey Kalaçyov və Darhan Tulegenov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Qrigori Moskovçenko yerinə yetirəcək.

    Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri 25-26 avqustda keçiriləcək. "Sileks" isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər