Yardımlıda karantin rejimi ilə əlaqədar reydlər davam edir - FOTO

Yardımlıda karantin rejimi ilə əlaqədar reydlər davam edir - FOTO
  • Sosial

  • Yardımlı rayon İcra Hakimiyyətinin başçısı hüquq-mühafizə orqanlarının məsul əməkdaşları ilə birlikdə rayon ərazisində koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar növbəti reyd keçirib.

    Asiya.az
    xəbər verir ki, Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq RİH başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ticarət və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparıblar.

    Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunub.
    Yardımlıda karantin rejimi ilə əlaqədar reydlər davam edir - FOTO
    Yardımlıda karantin rejimi ilə əlaqədar reydlər davam edir - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər