
Asiya.az-a şikayət edən rayon sakinləri bildirirlər ki, hər hansı bir səbəbdən Azercell-in Masallı rayon filialına yolumuz düşərsə burada çox çətinlik çəkirik.
“Belə ki, Masallı rayonunda “Azercell” abonentləri sayının çox olmasına baxmayaraq cəmi bir operataor müştəriləri qəbul edir. Bu səbəbdən də saatlarla gözləməli oluruq”.
Şikayətçilər bildirirlər ki, “bu azmış kimi milyon nəfərdən çox abonenti, milyonlarla manat büdcəsi olan şirkət 2 ədəd oturacaq alıb həyətində qoymur ki, növbə gözləyərkən oturaq. Axı növbə gözləyənlər arasında xəstəsi var, yaşlısı var. Məcbur qalıb şirkət binasının pilləkənində, səki üstündə oturaraq növbə gözləyirik”.
