Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar (SİYAHI)

Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar (SİYAHI)
  • Siyasət / Manşet

  • Son günlər Mədəniyyət Nazirliyində xeyli kadr islahatı aparılıb, keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifəyə təyin etdiyi bəzi şəxslər nazirlikdən uzaqlaşdırılıb.

    Asiya.az
    report-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyindən bildirilib ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun imzaladığı əmrlərlə 10 nəfər işdən çıxarılıb, 6 nəfər isə vəzifəyə təyin edilib.

    Həmin siyahını təqdim edirik:

    Çıxarılanlar:

    Aparat rəhbəri - Fikrət Babayev

    İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi - İntiqam Hümbətov

    Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi - Azada Hüseynova

    Kinematoqrafiya şöbəsi - Cahangir Məmmədov

    Nazirin müşaviri - Aydın İsmiyev

    Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsi - Ruslan Abduləlimov

    Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsi- Kamal Kazımov

    Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsi - Günel Aslanova

    Dövlət qulluğu və kadr məsələləri şöbəsi - Xanoğlan Güləliyev

    Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsi - Ləman Mahmudova

    Təyin edilənlər:

    Nazirin müşaviri - Elnur Əliyev

    Kinematoqrafiya şöbəsi - Rüfət Həsənov

    Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsi - İlkin Nəsibov

    İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi - Məryəm Qafar-Zadə

    Dövlət qulluğu və kadr məsələləri şöbəsi - Zemfira Hüseynbəyli

    Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini - Səadət Xələfbəyli

    Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyul tarixli sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrinin müvəqqəti icrası A.Kərimova həvalə olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər