Dünyanın ən bahalı sikkəsi hərraca çıxarılacaq - FOTO

Dünyanın ən bahalı sikkəsi hərraca çıxarılacaq - FOTO
  • Dünya / Maraqlı

  • Oktyabrın 8-də 1794-cü ildə buraxılmış gümüş dollar yenidən hərraca çıxarılacaq. Bu sikkələr 2013-cü ildə 10 milyon dollara satılıb və bu dəfə dəyər baxımından yeni rekorda imza ata bilər.

    Asiya.az
    APA-ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

    İlk kəsilmiş dollar olduğu deyilən sikkənin üzərində qədim Yunan ilahəsini xarakterizə edən uzunsaçlı qadının profil şəkli, digər tərəfində isə qanadları sağa və sola açılmış qartal əks olunub.

    Sikkələrdən ABŞ Prezidenti Corc Vaşinqtonda da olduğu güman edilir. Çünki bu pullar geniş kütlə üçün nəzərdə tutulmayıb, yalnız ABŞ Konqresmenlərinə və fəxri vətəndaşlara paylanmışdı.

    Ümumilikdə 1758 ədəd buraxılan gümüş sikkələrdən dövrümüzə, təxminən, 130-u çatıb. İngiltərə ilə müharibədən sonra ABŞ-da qiymətli metal ehtiyatları zəiflədiyi və bu cür pulların sərbəst şəkildə dövriyyə buraxıldığı bildirilir. (APA)
    Dünyanın ən bahalı sikkəsi hərraca çıxarılacaq - FOTO
    Dünyanın ən bahalı sikkəsi hərraca çıxarılacaq - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər