Sabiq İcra Başçısının həyat yoldaşı vəfat etdi

Sabiq İcra Başçısının həyat yoldaşı vəfat etdi
  • Cəmiyyət / Manşet

  • Bu gün, müxtəlif vaxtlarda Masallı rayonuna 2 dəfə rəhbərlik etmiş Teymur Yəhyayevin həyat yoldaşı uzun sürən ağır xəstəlikdən sonra 58 yaşında Bakı şəhərində vəfat edib.

    Asiya.az
    xəbər verir ki, mərhum bu gün Masallı rayonu Ərkivan qəsəbəsində “Təpə” qəbiristanlığında dəfn edilib.

    Sabiq icra başçısının qardaşı Ramiz Yəhyayev Asiya.az-a verdiyi açıqlamada bildirib ki, karantinlə əlaqədar olaraq ehsan verilməyəcək, başsağlığı vermək istəyənlər Teymur Yəhyayevin Masallı rayonu Ərkivan qəsəbəsindəki evinə gələ bilərlər.
    Allah rəhmət etsin!

    Xatırladaq ki, 2 dəfə Masallı Rayonu İcra Hakimiyyətinin başçısı olmuş Teymur Heydər oğlu Yəhyayev 1 yanvar 1955-ci ildə Masallı rayonu, Ərkivan kəndi, Abaslı məhəlləsində Hərbiçi Polkovnik- leytenant Heydər Yəhyayevin ailəsində dünyaya göz açıb.

    Teymur Yəhyayev Moskva şəhərində Beynəlxalq Əlaqələr İnstitutunun “Jurnalistika” fakültəsinin məzunu olub.
    Tələbəlik illərində həmin institutda təhsil alan Azərbaycan Respublikasının indiki Prezidenti İlham Əliyevlə dostluq edib.

    “İTAR-TASS” Analitik-İnformasiya Agentliyində müxbirlikdən direktor vəzifəsinəcən yüksəlmişdir.
    Azərbaycan müstəqillik əldə edəndən sonra Teymur Yəhyayev 4 noyabr 1991-ci ildə Masallı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alır.
    AXC hakimiyyəti dövründə Masallı camaatının ciddi etirazına baxmayaraq o, həmin vaxtlar Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 2 iyun 1992-ci il tarixli sərəncamı ilə Masallı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən kənarlaşdırılır.
    Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra 8 noyabr 1993-cü il tarixində T.Yəhyayev ikinci dəfə Masallı rayonu İcra hakimiyyətinin başçısı təyin edilir. O, bu vəzifəni 30 iyul 2000-ci ilə kimi icra edir.

    Teymur Yəhyayev siyasətə, islahatlara aid bir neçə kitabın müəllifidir. O, 3 xarici dildə sərbət danışır.
    Masallı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildikdən sonra Rusiya Fedrasiyasında biznes sahəsində çalışır.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər