"Tofiq Yaqublu ilə bağlı ədalətli qərar verildi" - Novella Cəfəroğlu

"Tofiq Yaqublu ilə bağlı ədalətli qərar verildi" - Novella Cəfəroğlu
  • Cəmiyyət / Manşet

  • "Tofiq Yaqublunun həbs edilməsi yanlış qərar idi, indi isə ədalət bərqərar oldu".

    Asiya.az
    xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması haqda danışarkən deyib.

    O bildirib ki, Tofiq Yaqublu ilə bağlı verilən qərar düzgün və ədalətli oldu:

    "Tofiq Yaqublunun azadlığa buraxılacağına şübhəm yox idi. Çünki onun bu məsələdə heç bir günahı yoxdur. Tofiq mərd, vətənpərvər, Azərbaycanı sevən insandır. O nəinki qadına, heç kişiyə belə əl qaldırmaz. Mən onu yaxşı tanıyıram. Bu mənada məhkəmənin qərarını ədalətli və düzgün hesab edirəm.
    PAYLAŞ:

    Oxşar xəbərlər