“Qarabağ” - “Neftçi” oyunu FIFA referisinə tapşırıldı

“Qarabağ” - “Neftçi” oyunu FIFA referisinə tapşırıldı
  • İdman

  • Azərbaycan Premyer Liqasının III turunda sabah keçiriləcək son iki oyuna təyinatlar açıqlanıb.

    Asiya.az
    AFFA-nın saytına istinadən xəbər verir ki, "Zirə" - "Sabah" matçı İnqilab Məmmədova, "Qarabağ" - "Neftçi" görüşü isə FIFA referisi Əliyar Ağayevə həvalə olunub.

    Azərbaycan Premyer Liqası, III tur

    20 sentyabr (bazar)

    18:00. "Zirə” – "Sabah”

    Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
    Hakim-inspektor: Feyzulla Feyzullayev
    AFFA nümayəndəsi: Eldəniz Musayev
    Zirə İdman Kompleksinin stadionu

    20:15. "Qarabağ” – "Neftçi”

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
    Hakim-inspektor: Ömər Paşayev
    AFFA nümayəndəsi: Ramiz Mustafayev

    "Azersun Arena”

    Qeyd edək ki, turun "Qəbələ" - "Keşlə" və "Sumqayıt" - "Səbail" görüşləri bu gün keçiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər