Azay Quliyev keçmiş rüşvətxora 40 min manat ayırıb-ŞOK TƏFƏRRÜAT

Azay Quliyev keçmiş rüşvətxora 40 min manat ayırıb-ŞOK TƏFƏRRÜAT
  • Araşdırma / İqtisadiyyat / Asiya TV

  • 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyə ayırdığı QHT-lər arasında “İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə” İctimai Birliyinin təqdim eydiyi “Ödənişsiz hüquqi məsləhət günləri təşəbbüsü” adlı layihə insanlar tərəfindən birmənalı qarşılanmadı və sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb oldu. Həmin vaxt Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası “İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə” İctimai Birliyinin 7 min manat qrant ayırmişdı.

    Şuranın bu qərarına etiraz edənlər bildirirlər ki, bu təşkilatın sədri kimi təqdim olunan Məhəmməd İmanlı 2012-ci ildə dələduzluq maddəsi ilə həbs olunan BDU hüquq fakültəsinin sabiq dekan müavinidir. Ümumiyyətlə QHT siyahılarına nəzər saldıqda görünür ki, maliyyələşdirilmiş QHT-lərin əksəriyyəti Şura sədri Azaya Quliyevə sıx bağlı QHT-lərdir. Bu təşkilatlar məhz dövlətdən ayrılmış pulların mənimsənilməsi üçün yaradılıb. Burada ciddi pozuntu ondan ibarətdir ki, bir sıra QHT-lərin maliyyələşdirilən layihələrinin mövzuları ilə həmin QHT-nin məqsəd və vəzifələri arasında heç bir uyğunluq yoxdur.Bu da onu göstərir ki, “təki layihə təqdim edin, qalanı bizlikdir” prinisip də işləyib.

    Asiya.az Aktualxeber.az-a istinadən bildirir ki, Azay Quliyev Məhəmməd İmanlıya yenə “yaşıl işıq” yandırıb. “Vətəndaşların hüquqi maarifləndirilməsi” layihəsinə görə onun QHT-sinə 40 min manat ayrılıb. Vətəndaşları MNəhəmməd İmanlımı “maarifləndirəcək”? “Maarifçi” olan Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakultəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanmışdı. Məhkəmə Məhəmməd İmanlının ittiham olunduğu CM 311.3.3-cü maddəsinin həmin məcəllənin 178.3.2-ci (dələduzluq) maddəsinə tövsif edilməsi barədə qərar qəbul edib və onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı. Azay Quliyev bunları bilmirmi?
    PAYLAŞ:

    Oxşar xəbərlər