Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək
  • İdman

  • Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha 2 oyunu keçiriləcək.

    Asiya.az
    xəbər verir ki, qarşılaşmalar paytaxtda təşkil olunacaq.

    Günün ilk matçı "ASCO Arena"da "Səbail" və "Sabah" komandaları arasında gerçəkləşəcək.

    Hazırda "Sabah" 3 oyundan 6 xalla 2-ci, xalı olmayan "dənizçilər" isə sonuncu pillədə qərarlaşıb.

    İndiyədək yerli çempionatda 7 dəfə üz-üzə gəlmiş komandaların duelində qonaqlar 3, meydan sahibləri 2 qələbə qazanıblar. 2 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqi də "Sabah"ın xeyirinədir - 9:7. Visente Qomesin başçılıq etdiyi komanda son 4 oyunda rəqibinə uduzmayıb. "Səbail” isə son iki ev matçında qol vurmağı bacarıb.

    Günün digər oyununda "Keşlə" "ASK Arena"da "Zirə"ni qəbul edəcək. Hazırda Yunis Hüseynovun rəhbərlik etdiyi komanda 5 xalla 5-cidir. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv isə 4 xalla 6-cı yerdə gedir.

    Bu, komandaların Premyer Liqada 20-ci qarşılaşması olacaq. Bunadək baş tutmuş 19 görüşdə meydan sahibləri rəqibini 6 dəfə məğlub edib. "Qartallar" 5 dəfə qələbə sevinci yaşayıblar. 8 görüş isə heç-heçə ilə yekunlaşıb. "Keşlə"nin vurduğu 22 qola "Zirə" 20 qolla cavab verib. Son 5 qarşılaşmanın hərəsində ən azı 2 qol olub. "Keşlə” ardıcıl iki ev matçında quru hesabla qalib gəlib.

    Azərbaycan Premyer Liqası, IV tur

    26 sentyabr (şənbə)

    18:00. "Səbail” – "Sabah”

    Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov
    Hakim-inspektor: Zöhrab Qədiyev
    AFFA nümayəndəsi: Elgiz Abbasov
    "ASCO Arena”

    20:15. "Keşlə” – "Zirə”

    Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov
    Hakim-inspektor: Babək Quliyev
    AFFA nümayəndəsi: Mübariz Hüseynov
    "ASK Arena”

    Qeyd edək ki, IV turun açılış matçında "Qarabağ" səfərdə "Sumqayıt"la heç-heçə edib - 2:2. Tura sabah "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər