“Qarabağ”ın Avroliqa qrupundakı rəqibləri bəlli oldu

“Qarabağ”ın Avroliqa qrupundakı rəqibləri bəlli oldu
  • İdman

  • Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

    Asiya.az
    -ın məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan "Qarabağ"ın rəqibləri müəyyənləşib.

    Püşkatmaya ilk dəfə 2-ci səbətdən qoşulan Ağdam klubu İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Təl-Əviv) və Türkiyənin "Sivbasspor" komandaları ilə birlikdə I qrupunda yer alıb.

    UEFA Avropa Liqası

    I qrupu

    "Vilyarreal" (İspaniya)

    "Qarabağ" (Azərbaycan)

    "Makkabi" (Təl-Əviv, İsrail)

    "Sivasspor" (Türkiyə)

    Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər