Baş Prokurorluq: Ermənilər Tərtəri atəşə tutdu, ölən və yaralananlar var

Baş Prokurorluq: Ermənilər Tərtəri atəşə tutdu, ölən və yaralananlar var
  • Hadisə

  • Ermənilər dünən Tərtərə 400-dən çox mərmi atıb, 10 ev tamamilə dağıdılıb.

    Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

    Asiya.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, düşmən ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 06.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu həlak olub, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Əliyev Dəyanət Qənimət oğlu və Köçərli kənd sakini 1968-ci il təvəllüdlü Həsənov Seyfulla Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir.

    Sentyabrın 27-dən oktyabrın 6-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus neçə evə və inzibati binaya ziyan dəydiyi məlum olub.

    Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir.

    Oktyabrın 6-də düşmən Tərtər şəhərinə 411-ə yaxın top mərmiləri atıb, nəticədə 10 ev tamamilə dağılıb, 36 evə isə ziyan dəyib, 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.

    Ümumilikdə Tərtərdə 17 sosial obyektə və 338 evə ziyan dəyib, 84 ev isə tamamilə dağılıb.

    Xatırladaq ki, ümumilikdə Tərtərdə 9 mülki şəxs həlak olub, 37 nəfər isə yaralanıb.

    Qeyd edək ki, oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün və bu gün də Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Hazırda döyüşlər davam edi.
    PAYLAŞ:

    Oxşar xəbərlər