Şuşanın turizm imkanları, Kəlbəcərin qızıl yatağı və...- İşğaldan sonrakı Azərbaycan iqtisadiyyatına baxış

Şuşanın turizm imkanları, Kəlbəcərin qızıl yatağı və...- İşğaldan sonrakı Azərbaycan iqtisadiyyatına baxış
  • Araşdırma / İqtisadiyyat

  • Azərbaycanın işğal altında olan ərazilərini azad etməsinin siyasi əhəmiyyəti ilə bərabər yaxın gələcəkdə böyük iqtisadi faydaları da olacaq.

    İşğal edilən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və digər 7 rayonun işğala qədərki iqtisadi imkanlarına diqqət yetirdikdə görürük ki, ərazilərin işğaldan azad edilməsi ölkəmizdə kənd təsərrüfatının, sənayenin mədənçıxarma bölməsinin, tikinti materialları istehsalı sahələrinin, turizmin inkişafına böyük dəstək verəcək.

    Asiya.az xəbər verir ki, işğaldan azad edilməkdə olan ərazilərin iqtisadi əhəmiyyətini hər bir rayonun iqtisadi göstəricilərində daha aydın təsəvvür etmək olar.

    Sentyabrın 27-dən işğal altında olan ərazilərin azad edilməsi əməliyyatları həyata keçirilir. İlk olaraq Cəbrayıl rayonu işğaldan azad edilib. Cəbrayıl rayonunda işğala qədər 40 39 hektar meşə zolağı, 58 585 hektar əkin sahəsi, 1 079 hektar bağ sahəsi var idi. İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi.

    Şuşanın turizm imkanları, Kəlbəcərin qızıl yatağı və...- İşğaldan sonrakı Azərbaycan iqtisadiyyatına baxış

    Rayon ərazisindəki iki böyük suvarma kanalından kənd təsərrüfatının intensiv inkişafını təmin edirdi. İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatında əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, quşçuluq və baramaçılıqla məşğul olurdu.

    Cəbrayıl rayonun ərazisində sement istehsalı üçün qiymətli xammal, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi, hətta neft yataqlarının olduğu məlumdur.

    Füzuli rayonunun da çox hissəsi işğaldan azad olunub. Əvvəllər rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. Bu da məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi torpaq sahələrinin olması ilə izah edilir. İşğala qədər rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. Kənd təsərrüfatına yararlı torpaqlar 85 min hektar idi. 50,9 min ha otlaq sahələri var idi. Rayonda Köndələn çayı üzərində Köndələn su anbarı tikilmiş, suvarma kanalları çəkilmişdi. Suvarılan torpaqlar 24 min hektardı. İşğaldan əvvəl təsərrüfatlarda 17,6 min baş qaramal, 70 min baş qoyun və keçi saxlanılırdı.

    Şuşanın turizm imkanları, Kəlbəcərin qızıl yatağı və...- İşğaldan sonrakı Azərbaycan iqtisadiyyatına baxış

    Ağdam rayonunun 70 faizi işğal altında olub. Rayonun 40 min hektardan çox olan əkin sahəsinin çox hissəsi işğal edildi və Azərbaycan yalnız 17 min hektar sahədə əkin işləri apara bilirdi. Raon əkinçiliyin inkişafı üçün əlverişli əraziyə sahibdir.

    Ağdam kənd təsərrüfatı ilə yanaşı tikinti materiallarının istehsalı üçün zəngin xammala malikdir. Burada ümumi ehtiyatları 64 863 min m3 olan mişar daşı, 140 464 min ton Çobandağ əhəngdaşı, 44 708 min ton Boyəhmədli və 25 197 min ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalıb.

    Kəlbəcər rayonun iqtisadiyyatında kənd təsərrüfatı, mədən sənayesi və sağlamlıq turizmi önəmli paya sahib idi. Kənd təsərrüfatının heyvandarlıq bölməsi daha çox inkişaf edib.

    Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdi. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.

    Rayonun İstisu qəsəbəsində Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.

    Kəlbəcərdə zəngin qızıl, gümüş və mis yataqları var. Qeyri-rəsmi məlumatlara əsasən hazırda işğalçılar bu yataqları istismar edir.

    Şuşanın turizm imkanları, Kəlbəcərin qızıl yatağı və...- İşğaldan sonrakı Azərbaycan iqtisadiyyatına baxış

    Laçının iqtisadiyyatının əsasını heyvandarlıq təşkil etmişdi. Ərazinin dağlıq olması heydandarlıq üçün əlverişli idi.

    Rayonda mədənçıxarma sənayesinin inkişafı üçün imkanlar genişdir. Burada daş karxanaları, əhəng, pemoskol müəssisələri olub, mərmər yataqları istifadəyə verilmişdi.

    İşğal altında olan Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. Rayonda daş karxanaları olub və mərmər yataqları istismar edilib.

    Zəngilan rayonu da iqtisadi xüsusiyyətinə görə Qubadlıdan fərqlənmirdi. Burada üzümçülük, tütünçülük və heyvandarlıq inkişaf etmişdi.


    Bunlardan başqa Zəngilan meşə ehtiyatı zəngindir. Bütün Avropada ən böyük çinar meşəsi bu rayonda idi. İndi ermənilər həmin çinarları doğrayaraq xarici ölkələrə satırlar. Həmçinin mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də var.

    Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü "Şəhri Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.

    Şuşanın turizm imkanları, Kəlbəcərin qızıl yatağı və...- İşğaldan sonrakı Azərbaycan iqtisadiyyatına baxış

    Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min hektardı. Bunun 3,8 min hektarı şum yeri, 0,1 min hektarı çoxillik bitkilər, 0,3 min hektarı biçənəklər, 16,7 min hektarı otlaqlardır. Suvarılan torpaqlar 0,1 min hektar idi. 3,4 min ha əkin sahəsinin 41% -ə dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6 % -ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə də məşğul olunurdu. 5,2 min qara- mal, 15,2 min davar vardı.

    Şuşanın təbiətinin əlverişli olması burada kurort təsərrüfatının inkişafına əsas yaradırdı. Buna görə də Şuşa turizmin inkişaf etdiyi ərazilərdən biri idi.

    Şuşanın turizm imkanları, Kəlbəcərin qızıl yatağı və...- İşğaldan sonrakı Azərbaycan iqtisadiyyatına baxış

    Qeyd edilən qısa məlumatlar göstərir ki, ərazilərin işğaldan azad edilməsi ölkəmizdə qısa müddətdə əkinçiliyin və heyvandarlığın inkişafına böyük təkan verəcək. Yalnız əkinə yararlı 200 min hektardan çox torpaq sahəsi əkin dövriyyətinə cəlb ediləcək.

    Bu qədər sahədə əgər taxıl əkilərsə, ildə əlavə 600 min ton məhsul istehsal etmək mümkün olacaq ki, bununla da Azərbaycan əhalisinin taxıla olan ehtiyacının 15 faizi ödəniləcək. Yaxud, heydandarlığın inkişafı iri və xırda buynuzlu heyvan ətinə olan tələbin daxili imkanlar hesabına ödənilməsini təmin edəcək.

    Kənd təsərrüfatı ilə yanaşı tikinti materiallarının, qızıl, gümüş, əhəng və digər yerli xammala əsaslanan sənaye məhsullarının istehsalı da tədricən artacaq. İqtisadiyyatın turizm sektorunun inkişafı üçün də potensial imkanlar yaranacaq. Gözəl təbiətin olması, kurort zonalarının çoxluğu turizmin inkişafına güclü dəstək olacaq. mənbə (sfera.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər