“Neftçi” ilə müqavilə bağlayan albaniyalı futbolçu əsgər salamı verdi

“Neftçi” ilə müqavilə bağlayan albaniyalı futbolçu əsgər salamı verdi
  • İdman

  • "Neftçi” klubu növbəti futbolçu transferini rəsmiləşdirib.

    Asiya.az
    klubun rəsmi saytına istinadən məlumatına görə, albaniyalı dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb. 29 yaşlı futbolçu 17 nömrəli formanı geyinəcək.

    Müqaviləyə imza atdıqdan sonra o, Azərbaycan Ordusuna dəstək olaraq, əsgər salamı verib.

    Qeyd edək ki, Bruno Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Super Kubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.
    PAYLAŞ:

    Oxşar xəbərlər