Asiya.az xəbər verir ki, qazini ziyarət edənlər arasında İlahiyyatçı Seyyid Ağarəşid Talıbov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Miryəhya Bədirov, Ayıq Səmədov, Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə ərazi üzrə nümayəndəsi Sabiq Cahagirov, Ərkivan qəsəbə bələdiyyəsinin sədri Əmrah Mazanov, “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov və digər şəxslər də olub.
Millət vəkili Füzuli şəhərinin bu gün işğaldan azad olması münasibətilə qazimizi təbrik edib. “Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak edib, orada yaralandığın üçün bu gün ən böyük təbrik sənə düşür. Azərbaycan xalqı sənin kimi igidləri ilə fəxr edir. Sən qəhramanlar yurdu Ərkivan üçün yeni qəhramanlıq tarixi yazdın”.
Sonra millət vəkili Anar İsgəndərov, qazi Daməd İbrahimli Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş mayor Anar Novruzovun Ərkivan qəsəbəsində evinin qarşısında qoyulmuş xatirə büstünü ziyarət ediblər.