Lalə Məmmədova qazi Daməd İbrahimlini ziyarət etdi - FOTOLAR

Lalə Məmmədova qazi Daməd İbrahimlini ziyarət etdi - FOTOLAR
  • Mədəniyyət / Araşdırma

  • Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti Lalə Məmmədova ata yurdu Masallı rayonunun Ərkivan qəsəbəsində qazi Daməd İbrahimlini və şəhid mayor Anar Novruzovun ailəsini ziyarət edib.

    Asiya.az
    xəbər verir ki, tanınmış müğənni Ermənistan Silahlı Qüvvələrinin təxribatına qarşı keçirilən əks-hücum əməliyyatı zamanı düşmən tərəfindən atılan mina partlayışı nəticəsində sağ qolunu itirən Daməd İbrahimlini evində ziyarət edib.

    Qazinin anasına qəhraman övlad böyütdüyü üçün təşəkkür edən Lalə Məmmədova nişanlı olan Damədin toyunda qonararsız gəlib oxuyacağına söz verib.

    Sonra əməkdar artist Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş mayor Anar Novruzovun ailəsinə baş çəkib.
    Şəhidin ailə üzvləri ilə söhbət edən Lalə xanım, ailənin qayğıları ilə maraqlanıb. O bildirdi ki, bizim bu gün əminamanlıq şəraitində yaşamağımızın səbəbkarları Polad Həşimov, Anar Novruzov, Daməd İbrahimli kimi igidlərimizdir.

    “Şükürlər olsun ki, artıq şəhidlərimizin qisası alınıb. Hər gün cəbhədən şad xəbərlər alırıq. İnanıram ki, yaxın günlərdə Şuşada, Kəlbəcərdə üç rəngli bayrağımız dalğalanacaq."

    Sonra Lalə Məmmədova şəhid Anar Novruzovun evinin qarşısındakı xatirə büstünü ziyarət edib.
    FOTO: Elsevər Əliyev
    Asiya.az
    Lalə Məmmədova qazi Daməd İbrahimlini ziyarət etdi - FOTOLAR
    Lalə Məmmədova qazi Daməd İbrahimlini ziyarət etdi - FOTOLAR
    Lalə Məmmədova qazi Daməd İbrahimlini ziyarət etdi - FOTOLAR
    Lalə Məmmədova qazi Daməd İbrahimlini ziyarət etdi - FOTOLAR
    Lalə Məmmədova qazi Daməd İbrahimlini ziyarət etdi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər