“Tərəqqi” GİİB-in layihəsi uğurla davam edir – FOTO

“Tərəqqi” GİİB-in layihəsi uğurla davam edir – FOTO
  • Sosial

  • 22 oktyabr 2020-ci ildə Lerik şəhərində, Heydər Əlyev Mərkəzində “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən “Koronavirus pandemiyası şəraitində insan alveri ilə mübarizənin əhəmiyyəti və bu istiqamətdə maarifləndirmə işlərinin təşkili” layihəsinin seminarları keçirilib.

    Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

    Layihənin müddəti üç ay olmaqla 01 avqust - 01 noyabr 2020-ci il tarixləri əhatə edir.

    Bu barədə Asiya.az-a məlumat verən “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Raci Səfərov bildirmişdir ki, seminarlar Lerik Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və Lerik Rayon Polsi şöbəsinin texnki-təşkilati dəstəyi ilə, iki qrup və hər qrupda 10 nəfərdən çox olmayan iştirakçıların əvvəlcədən sanitar-epidemioloji vəziyyətə uyğun gigiyenik normalara əməl etməklə keçirilib.
    Tədbirlər müstəqil ekspert Afiq Məlikov tərəfindən idarə olunmuşdur.

    Seminarlar zamanı iştirakçılara insan alveri haqqında ümumi məlumat, insan alverinin baş vermə səbəbləri və cəlbetmə yolları, insan qaçaqmalçılığı, insan alverinin ümumi formaları, istismara formaları, insan alverinin başvermə səbəbləri, cəlb olunması yoları, potensial risk qrupları, insan alveri qurbanlarının ehtiyacları və yarana biləcək fəsadlar, insan alveri ilə mübarizə sahəsində hüquqi mexanizmlər, miqrant anlayışıları, deportasiya və viza anlayışları, mənşə, tranzit və təyinat ölkəsi mövzularında məlumatlar verilib və iştirakçlarla birgə müzakirələr aparılıb.
    “Tərəqqi” GİİB-in layihəsi uğurla davam edir – FOTO
    “Tərəqqi” GİİB-in layihəsi uğurla davam edir – FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər