Daha bir azərbaycanlı cüdoçu qələbəsini hərbi salamla qeyd etdi

Daha bir azərbaycanlı cüdoçu qələbəsini hərbi salamla qeyd etdi
  • İdman

  • Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb.

    Asiya.az
    xəbər verir ki, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən nüfuzlu yarışın son günündə Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev bürünc medal qazanıb.

    90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Niderland nümayəndəsi Noel Van Endi məğlub edib.

    Yarışın 3-cü günü Budapeştdə Rüfət İsmayılov, Elmar Qasımov, Zelim Kotsoyev, Camal Feyziyev və Uşangi Kokauri də tatami üzərinə çıxıblar. Cüdoçularımız ilkin mərhələlərdə uduzaraq medalsız qalıblar.

    Qeyd edək ki, 61 ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər yarışın əvvəlki günlərində milli komandamızdan Rüstəm Orucov (- 73 kq) qızıl, Orxan Səfərov (- 66 kq) bürünc medal qazanıblar.

    Qeyd edək ki, cüdoçumuz Rüstəm Orucov nüfuzlu yarışda Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərinə qalib gələrək finala çıxıb.

    R.Orucov qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampı məğlub edərək əsgər salamı verib. Beləliklə, Azərbaycan təmsilçisi Macarıstan yarışını fəxri kürsünün ən yüksək pilləsində başa vurub.

    Daha bir azərbaycanlı cüdoçu qələbəsini hərbi salamla qeyd etdi
    PAYLAŞ:

    Oxşar xəbərlər