Bir Zeynal şəhid oldu, digər Zeynal doğuldu (VİDEO)

Bir Zeynal şəhid oldu, digər Zeynal doğuldu (VİDEO)
  • Sosial / Asiya TV

  • Şirvanda doqquz gün öncə şəhid olan çavuş Zeynal Zülfüqarlının oğlan övladı dünyaya gəlib.

    Asiya.az
    Baku TV-yə istinadən xəbər verir ki, Zeynal Zülfüqarlı oktyabrın 20-də Qarabağ uğrunda gedən vətən müharibəsində qəhrəmancasına şəhid olub.

    Torpaqlarımızın işğal olunmasında iştirak edən 25 yaşlı Z.Zülfüqarlı bir il öncə ailə həyatı qurub. Şəhidlik zirvəsinə yüksələn çavuşun oktyabrın 28-də oğul övladı dünyaya gəlib.

    İndi şəhid övladı öz atasının adını daşıyır. Bir Zeynal şəhid oldu, digər Zeynal doğuldu.

    Tibb heyəti doğum evindən şəhid əsgərin ilk və son yadigarını alqış və göz yaşları ilə yola salıb.

    Bu mənzərədən kövrələn və övlad itkisindən üəyi yanan şəhid valideynləri balaca Zeynalın dünyaya gəlişinin ailə üçün təsəlli olduğunu deyib.

    PAYLAŞ:

    Oxşar xəbərlər