12 dəfə çox gəlir əldə etsələr də... - Şirkətlər Azərbaycana qarşı niyə qərəzli mövqe tutur?

12 dəfə çox gəlir əldə etsələr də... - Şirkətlər Azərbaycana qarşı niyə qərəzli mövqe tutur?
  • Araşdırma / İqtisadiyyat

  • [b]"Azərbaycanın Qarabağ uğrundakı haqq işinə bir sıra şirkətlərin qərəzli mövqeyi yerli istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Son olaraq, JohnsonJohnson şirkətinin paylaşımında qondarma respublikanın qondarma adının qeyd etməsi bir sıra ticarət obyektlərinin həmin şirkətin istehsal etdiyi məhsulların satışını dayandırmasına gətirib çıxarıb".

    Asiya.az [b]xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

    12 dəfə çox gəlir əldə etsələr də... - Şirkətlər Azərbaycana qarşı niyə qərəzli mövqe tutur?

    Onun sözlərinə görə, bütün bunların arxasında erməni lobbisi dayanır:

    "İstehlakçılarımızın və eləcə də ticarət şəbəkələrinin qərarlarına hörmətlə yanaşaraq xüsusilə qeyd etmək lazımdır ki, belə qərəzli paylaşımlar əslində erməni lobbisinin beynəlxalq arenada əksər istiqamətlər üzrə bizə qarşı informasiya müharibəsi aparmasından xəbər verir. Hətta əksər Qərb ölkələrində Qarabağ savaşı ilə bağlı həqiqəti yazanlar da bu lobbinin təzyiqinə məruz qalırlar".

    V.Bayramov qeyd edir ki, həmin şirkətlər Azərbaycanda Ermənistandan dəfələrlə çox gəlir əldə edirlər:

    "Məsələnin digər tərəfi də ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı və o cümlədən istehlak bazarı düşmən ölkənin uyğun göstəriciləri ilə müqayisədə xeyli böyükdür. Yəni, xarici şirkətlər, o cümlədən Qarabağımız ilə bağlı qərəzli paylaşım edənlər Azərbaycanda daha çox gəlir əldə edirlər. 2019-cu ildə ölkəmizə xaricdən 70 milyon dollara yaxın yuyucu vasitələr və 24 milyon dollardan çox sabun materialları gətirilib və satılıb. Ermənistanda bu malların ümumi idxalı ötən il 8.2 milyon dollar olub. Deməli, belə məhsulların istehsalı ilə məşğul olan şirkətlər Azərbaycanda Ermənistan ilə müqayisədə 12 dəfə yaxın daha çox gəlir əldə ediblər.

    Göründüyü kimi, bir sıra xarici ölkələrin qərəzli yanaşmaları onlar üçün heç də az itki ilə nəticələnməyə bilər. Ən önəmlisi isə elə qərəzli paylaşımlar bizim haqq işimizə heç də kölgə salmır və salmayacaq".

    Deputat bir daha xatırladıb ki, bazarlıq edən zaman yerli və Türk mallarına üstünlük versək, xeyir bizə qarşı qərəzli mövqe tutanlara deyil, dost şirkətlərə qalar

    Qarabağ Azərbaycandır!"
    PAYLAŞ:

    Oxşar xəbərlər